Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həmyerlimizin nəşi Azərbaycana nə zaman yola salınacaq? – XİN rəsmisi açıqladı

24 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Respubluikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə Leyla Abdullayeva bildirib.

Oxşar xəbərlər
OTACI