Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyaca tanınmış aparıcı koronavirusdan vəfat etdi - FOTO

23 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib.

Press.az-ın “RİA Novosti”yı istinadən məlumatına görə, bu barədə jurnalistin rəsmi “Twitter” səhifəsində xəbər verilib.

Kinq Los Ancelesdə xəstəxanaların birində ölüb.

Qeyd edək ki, o, 1985-2010-cu illərdə yayımlanan “Larry King Live” şousu ilə tanınıb. Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb.

Kinq “Emmi”, “Pibodi” mükafatlarının laureatı, həmçinin “Cable ACE”ın onqat mükafatçısı olub.

2017-ci ildə Kinq ağciyər xərçəngi ilə mübarizə apardığını elan edib.

2019-cu ildə ona anqioplastika edildi, cari ilin yanvar ayının əvvəlində isə o, koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirildi.

Oxşar xəbərlər
OTACI