Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ tarixində ilk - Senat Lloyd Ostinin Pentaqon rəhbəri kimi təsdiqlədi

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Senatı istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Press.az xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş, 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin edilmiş L.Ostin 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

Qeyd edək ki, ABŞ-da yalnız 8 ildən artıq müddət öncə ordu sıralarını tərk etmiş şəxslər müdafiə naziri ola bilər. Ostin isə, 4 il əvvəl ordunu tərk etdiyinə görə, Senatda onun təsdiqlənməsi üçün əlavə ssəvermə keçirilib.

Oxşar xəbərlər
OTACI