Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Transfer çalışmalarını sürətləndirən “Qalatasaray” hücum xəttini daha bir futbolçu ilə gücləndirib.

Press.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Halil Dərvişoğludan sonra “cim-bom” “Torino”nun forvardı Simone Zaza ilə anlaşıb.

Klublar arasında danışıqların artıq müsbət yekunlaşdığı və Zazanın mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib. “Bolonya”nın təklifini qəbul etməyən 30 yaşlı forvard özü də “cim-bom”la şəxsi müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Radamel Falkao ilə yollarını ayırmağı planlaşdıran “Qalatasaray” “Başakşəhər”dən İrfan Canı, “Monako”dan isə Henri Onyekurunu heyətinə qatmağa yaxındır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI