logo
First slide

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan hökuməti işğalçı ölkənin ordusunun tərkibində Qarabağda döyüşmüş muzdluların pulunu ödəyə bilmir.

Press.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Həmin muzdluların bir qrupu yanvarın 22-də Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Onlar vəd edilən pulun ödənilməməsinə aydınlıq gətirilməsi tələb ediblər.

David Ovannisyan adlı aksiya iştirakçısı bildirib ki, döyüşlərin ilk günündən Qarabağa gedib: “Noyabrın 30-da Qarabağdan gəlmişəm. Dövlətin cəbhədən qayıdanlara müəyyən məbləğ ödədiyini biləndən təzminat almaq üçün komandanlığımız da daxil olmaqla müxtəlif orqanlara müraciət etsəm də, heç bir cavab almamışam. Dekabrın 28-də biz Müdafiə Nazirliyinə getmişdik. Bizə dedilər ki, kompensasiyaların hamısı dekabrın 30-da köçürüləcək. Dekabrın 30-da isə pullar köçürülmədiyi üçün hökumətə müraciət etməyə məcbur olduq. İndiyədək problem həll olunmayıb”.

Onun sözlərinə görə, hökumət 2 700 muzdluya (Ermənistanda onlara könüllü deyirlər - "Report") vəd etdiyi pulu ödəməyib.

Oxşar xəbərlər
OTACI
OTACI