Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı metropoliteninin istismara hazırlanan "8 Noyabr" stansiyasına rəis müavini təyin edilib.

Press.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Sədrin əmri ilə Kamal Talıbzadə "8 Noyabr" stansiyasının rəis müavini təyin edilib.

Z.Hüseynovun digər əmri ilə stansiyanın tam heyəti də təsdiqlənib. Əmrə əsasən, rəhbər heyətlə əlaqədar stansiya növbətçiləri və digər heyət müəyyənləşib.

Xatırladaq ki, bir müddət əvvəl Yusif Şabanov "8 Noyabr" stansiyasının rəisi təyin edilmişdi.

Oxşar xəbərlər
OTACI