Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllı və Qəbələ sakinlərində odlu silah aşkarlandı

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, İsmayıllı rayonunun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı öv tüfəngləri aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI