Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran XİN başçısının Yerevana səfərinin tarixi açıqlanıb

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Yerevana səfər edəcək.

Press.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

İranın XİN başçısının Ermənistanın baş naziri Nikol Paşinyan və başqa dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağdakı vəziyyətin olacağı gözlənilir.

Qeyd edək ki, M.C.Zərifin səfəri regional xarakter daşıyır. O, Ermənistanla yanaşı Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstana da səfər edəcək. O, yanvarın 24-25-də Bakıda səfərdə olacaq.

Oxşar xəbərlər
OTACI