Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını etiraf etdi

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş 3 450 əsgərinin meyitini ekspertizadan keçirib.

Press.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Oxşar xəbərlər
OTACI