Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusla bağlı yeni təhlükə: Təkrar yoluxma ölümlə nəticələndi

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada bir xəstə koronavirusa təkrar yoluxmadan sonra vəfat edib.

“Tagesschau” agentliyinin məlumatına görə, ölkədə ilk dəfədir ki, bu hal qeydə alınır.

Baden-Vyuhtemberg federal əyalətinin hökuməti 73 yaşlı kişinin aprel ayında COVID-19-a yoluxaraq sağalıb. Həmin şəxsin dekabr ayında ikinci dəfə yoluxduğunu və 11 yanvarda ağciyərindəki fəsadlardan öldüyü təsdiqlənib.

Həkimlər kişinin simptomsuz şəkildə uzun mərhələ keçdiyini bildiriblər. Xəstəliyi əlamətsiz olduğuna görə bu dəfə o, virusu həyat yoldaşına da keçirib.

Qeyd edək ki, Robert Kox İnstitutunun alimlərinin fikrincə, təkrar yoluxma son dərəcə nadir haldır və adətən ikinci dəfə xəstəlik ilk dəfə olduğundan daha yüngül keçir.

Oxşar xəbərlər
OTACI