logo
First slide

Umayra Tağıyevadan qar açıqlaması

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub”.

Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Salyanda 6 sm, Neftçala 1 sm qar örtüyü yaranıb: “Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda , Quba, Qrızda , Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə , Xaçmaz, Xaltanda , Şahdağda , Oğuzda, Astarada 1 sm-dən -13 sm-dək olub”.

Xidmət rəisi qeyd edib ki, bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.

U.Tağıyeva bildirib ki, havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı enib, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-yə yaxın, aran rayonlarında 0-2 dərəcə şaxta, dağlıq rayonlarda 11 -14 dərəcə, yüsək dağlıq ərazilərdə 20 dərəcəyədək, Naxçıvan MR-da 11 dərəcə şaxta olub.

O əlavə edib ki, Bakıya ilk dəfə bugünkü kimi qar 2019-cu ilin yanvar ayında yağıb, lakin 2002-ci ilin dekabr ayı daha soyuq və qarlı olub.

Report

Oxşar xəbərlər
OTACI
OTACI