Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda karantini pozan kafe sahibi və müştəriləri cərimələndi

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Oxşar xəbərlər
OTACI