Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI