logo
First slide

Cəlilabadda qar fəsadlar törədib

20 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda müşahidə edilən güclü qar fəsadlara səbəb olub.

Qarın hündürlüyü şəhər ərazisində 2 sm, bəzi ərazilərdə 12-15 sm təşkil edir. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad kəndlərinə düşüb.

Hazırda bu ərazilərdə də qarın hündürlüyü 15 sm-ə çatır.

Sakinlərin bildirdiyinə görə dumanlı hava şəraiti səbəbindən yollarda hərkətin intensivliyi məhdudlaşıb.

Cəlilabad rayon icra hakimiyyətindən bildirdilər ki, elektrik naqillərində yaranan nasazlıq səbəbindən bəzi ərazilərdə elektrik verilişində fasilələr yaranıb. Hazırda nasazlığın aradan qaldırılması məqsədi ilə işlər davam edir.

Report

Oxşar xəbərlər
OTACI
OTACI