Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan: “Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim”

20 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb.

Press.az Report-a istinadən xəbər verir ki, yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.

Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.

Daha sonra isə o qeyd edir:

“Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.

Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub.

Oxşar xəbərlər
OTACI