Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb

20 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI