Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Bağçalının Şuşada məktəb tikilməsi təklifilə bağlı AÇIQLAMA

20 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir".

Press.az-ın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmə ilə bağlı təklifi də bu qəbildəndir:

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarimiz hər cür dəstək göstərmək üçün hazırdılar".

Oxşar xəbərlər
OTACI