Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı və Sumqayıta qar yağır - VİDEO

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtda və Sumqayıtda kəskinləşən hava şəraiti hazırda yağıntı ilə müşayiət olunur.

Press.az xəbər verir ki, hazırda Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin bir sıra ərazilərində qar yağır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

 

Oxşar xəbərlər
OTACI