Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şeyxin müraciətinə Vatikandan CAVAB GƏLDİ

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.

QMİ-dən Press.az-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:

“Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir”.

Oxşar xəbərlər
OTACI