Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Simpsonlar”ın həmmüəlliflərindən biri ölüb

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı tanınmış ssenarist və prodüser, xüsusən “Simpsonlar” cizgi serialındakı işləri ilə tanınan Devid Riçardson 65 yaşında həyatla vidalaşıb.

Bu barədə TASS xəbər yayıb.

Prodüserin ölüm səbəbi kimi ürək tutması göstərilir.

Riçardson əsasən televiziya komediyalarında çalışıb. Bunlar arasında “Empty Nest” (1988), “Malcolm in the Middle” (2000) sitkomları (situasiya komediyası), üç mövsüm “Two and a Half Men” (2003) serialı, “F is for Family” yetkin cizgi komediyası və başqaları var.

 

Oxşar xəbərlər
OTACI