Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran ABŞ-ın nüvə sazişinə qayıtması ilə bağlı Baydendən mesaj almayıb

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rəsmi Tehran ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydendən nüvə sazişinə qayıtmaqla bağlı heç bir mesaj almayıb.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

Onun sözlərinə görə, Tehran bütün iştirakçı ölkələr tərəfindən Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına istiqamətlənib və ABŞ-ın yeni hökumətinin də razılaşmadakı bütün öhdəliklərini yerinə yetirərək İranın etibarını bərpa etməyə diqqət ayıracağını gözləyir.

“Baydenin komandasından heç bir mesaj almamışıq. Ancaq ABŞ-ın öhdəliklərinə qeyd-şərtsiz qayıtdığına, onlara uyğun hərəkət etdiyinə əmin olmayınca danışıqlar da mənasızdır”, - Ə.Rabii brifinqdə söyləyib.

Qeyd edək ki, daha əvvəl İsrail KİV-də ABŞ-ın yeni seçilmiş prezidenti adından rəsmi şəxslərin Vaşinqtonun İranla nüvə sazişinə qayıtması şərtləri ilə bağlı Tehranla danışıqlar apardığı yazılmışdı.

Oxşar xəbərlər
OTACI