Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Caliber”: “Qarabağ zəfərindən sonra Azərbaycan Ordusu hansı istiqamətdə inkişaf edəcək?” - VİDEO

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbə Qarabağ münaqişəsisi keçmişdə qoydu. Region fəal şəkildə dinc həyata qayıdır və gələcəkdə Azərbaycanın o cümlədən turizm sahəsində mirvarisinə çevrilməyə hazırlaşır. Lakin yeni reallıq ölkə rəhbərliyi qarşısında yeni tapşırıqlar və çağırışlar qoyur.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında “Azərbaycan Silahlı Qüvvələrinin münaqişədən sonrakı dövrdə inkişafı məsələləri” adlı videoda bəhs edilib.   

Müharibədən sonrakı dövrdə ən vacib məsələlərdən biri kimi Azərbaycan ordusunun bundan sonra da inkişafı məsələsi ön plana çıxır. İlk növbədə mümkün rəqiblər müəyyən edilməlidir. Bu termin istənilən ölkənin hərbi doktrinasında Silahlı Qüvvələrin inkişafı baxımından çox vacibdir.

Məhz mümkün rəqib haqqında məlumatların nəzərə alınması hesabına müdafiə və möhkəmləndirmə rayonları yaradılır və döyüş hazırlığı vəziyyətində saxlanılır, müxtəlif qoşun növlərinin təlimləri keçirilir.

Bu baxımdan Azərbaycan üçün çox az şey dəyişib. Lakin deeskalasiya prosesinin hələ də başa çatmadığını, Ermənistan hərbçiləri və radikallar arasında revanşist əhval-ruhiyyənin hələ uzun müddət davam edəcəyini anlamaq gərəkdir.

Bununla belə Moskvadakı üçtərəfli görüşün nəticələri onu göstərib ki, tərəflər yenə də birgə istiqamətdə irəliləməyə davam edirlər.

Regionda hərbi əməliyyatların başa çatmasından sonra qüvvələr bölgüsü əsaslı şəkildə dəyişib. Əgər daha əvvəl Azərbaycan ordusu təlimlər zamanı düşmənin müdafiə xəttinin yarılması üçün hücum əməliyyatlarını öyrənirdisə, indi Azərbaycan ordusu artıq Ermənistan-Azərbaycan dövlət sərhədində postlara sahibdir. Əgər əvvəllər biz cəbhə xəttində üzbəüz dayanırdıqsa, indi ümumiyyətlə cəbhə xətti yoxdur, yalnız dövlət sərhədi var. Bundan əlavə artıq regionda Rusiya sülhməramlıları da var. Bu isə qoşunların dislokasiyası, birləşmələrin ixtisaslaşması baxımından yeni yanaşma tələb edən tamamilə yeni bölgüdür.

“Caliber” qeyd edir ki, artıq yeni münaqişənin necə olacağı barədə düşünmək gərəkdir. Artıq anlamaq lazımdır ki, yeni müharibə ötən ilin payızında başa çatan müharibədən kəskin şəkildə fərqlənəcək.

Yeni münaqişədə Azərbaycan hərbçilərinin cəbhə xətti olmadan məhdud ərazidə qısamüddətli antiterror əməliyyatlarına hazırlığı əhəmiyyətli rol oynayacaq. Bakı həmçinin Ermənistanla sərhəddə təxribat olacağı halda müdaxilə üçün strategiya hazırlamalıdır.

Bu dövrdə daxili qoşunların və xüsusi-xidmət orqanlarının bütün növ terrorla mübarizə birləşmələrinin rolu artacaqdır. Bu isə ölkə rəhbərliyindən şəxsi heyətin yeni şəraitdə hazırlığı məsələsi üzərində işləməyi tələb edir. Münaqişənin başa çatması həmçinin müqaviləli ordu sisteminə keçid məsələsini də yenidən gündəmə gətirib.

Bundan əlavə ölkəmizdə hər il keçirilən genişmiqyaslı təlimlərdə də dəyişikliklər edilə bilər. Bu təlimlərdə ordu birləşmələri ilə yanaşı, daxili işlər orqanları, sərhədçilər və xüsusi xidmət orqanları cəlb oluna bilər.  

Oxşar xəbərlər
OTACI