logo
First slide

TƏBİB: Bəzi şəxslərin evdə peyvəndlənməsi mümkündür

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yaşayış yerinə tərk edə bilməyən insanlar ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Əgər orada məntəqə yaradılmayıbsa, yaxınlıqda olan məntəqədən əlaqə saxlayacaqlar və onların evdə peyvənd edilməsi təmin olunacaq".

Press.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

“Onsuz bu dəqiqə hər kəsi peyvənd etmirik və edə bilmərik. Risk qruplarına aid olan şəxslər mütləq özlərini qorusunlar, biz onlar üçün çalışırıq. Peyvənd olsunlar, qorxmasınlar. Kimdə peyvəndə əks göstəriş varsa, bu, yoxlama zamanı bəlli olacaq və həkimlər peyvəndi tövsiyə edib etməməyi müzakirə edəcəklər”, - Yaqut Qarayeva bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI