Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı AÇIQLAMA

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağ ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

Oxşar xəbərlər
OTACI