Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tətlif edilən şəhid təhsil işçiləri

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif dərəcəli medallarla təlif ediliblər.

Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Oxşar xəbərlər
OTACI