Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha iki şəhid ailəsi ilə görüşülüb, təqaüd kartları təqdim edilib

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailələrinə sosial ödənişlərin təyinatı onların müraciətinə ehtiyac olmadan proaktiv qaydada, operativ şəkildə aparılır. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İntiqam Hacıyevin (Ağcabədi rayonu) və erməni terroru nəticəsində şəhid olmuş Vasif Rüstəmovun (Tərtər rayonu) ailələrinə də sosial ödənişlər artıq təyin olunub.

Press.az-ın məlumatına görə, fondun sədr müavini Zəka Mirzəyev hər iki şəhid ailəsini ziyarət edib. O, şəhid ailələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Dövlət başçısının Fərmanı ilə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün bu ilin əvvəlindən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldığını qeyd edib. Eyni zamanda, həmin ailələrin təqaüdlə yanaşı, pensiya və ya müavinətlərlə də təmin edildiklərini bildirib.

Z.Mirzəyev hər iki ailəyə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğunu bildirib və onlara təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.

Ailələrə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.

Oxşar xəbərlər
OTACI