logo
First slide

Ayvazyan Lavrova zəng edərək NƏ İSTƏYİB?

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrova zəng edib.

Press.az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, Ermənista XİN başçısı hərbi əsirlərin, girovların və digər məhbusların dərhal və təhlükəsiz şəkildə geri qaytarılmasının vacibliyini vurğulayıb.

Ayvazyan həmsöhbətinin diqqətini Dağlıq Qarabağda Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni dini və tarixi-mədəni irsinin qorunub saxlanılmasının vacibliyinə və beynəlxalq peşəkar strukturların bu məsələyə davamlı cəlb olunmasına yönəldib.

Nazirlər ikitərəfli və çoxtərəfli formatda Ermənistan-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
OTACI
OTACI