Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əhalini bu qurumun adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.

Press.az-ın məlumatına görə, R.Bayramlı “Xəzər” kanalına müsahibəsində bildirib ki, insanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayılır:

“Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər”.

Oxşar xəbərlər
OTACI