Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi AÇIQLANDI

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər.

Press.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.

R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:

“Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.

TƏBİB-in sədri bildirib ki, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır.

Oxşar xəbərlər
OTACI