Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hazırlıq kursuna gedənlərə ŞAD xəbər - RƏSMİ

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək.

Press.az bildirir ki, bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur. (Bu barədə həmin gün məlumat açıqlanmamışdı - red.)

Qərara əsasən, fəaliyyət bərpa olunan iş və xidmət sahələrinin sırasında fərdi tədris və repetitor xidmətləri də var.

Repetitorların fəaliyyərinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir. Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək.

Oxşar xəbərlər
OTACI