Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki gün əvvəl tərxis olunan əsgər dəm qazından BOĞULDU - FOTO

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.

Press.az xəbər verir ki, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.

T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş. O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.

T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib.

Oxşar xəbərlər
OTACI