Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vilayət Eyvazov: "Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib"

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb.

Press.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 310 cinayətin açılması təmin edilib.

Oxşar xəbərlər
OTACI