Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıdakı daha bir Dünya Kuboku ləğv edilir? – Federasiyadan AÇIQLAMA

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-cu ilin 4-7 mart tarixlərində Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku ləğv edilə bilər.

Buna səbəb karantin rejiminin Azərbaycan ərazisində aprelin 1-dək uzadılması və bu müddətdə qapalı zalda idman yarışlarının təşkilinə icazə verilməməsidir.

Məsələ ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Oxu.Az-a bildirib ki, bu barədə qərar yanvarın sonunadək veriləcək:

“Bildiyiniz kimi, 13-14 fevral tarixlərində Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub. Ancaq idman gimnastikası üzrə Dünya Kubokunun ləğvi ilə bağlı hələ rəsmi məlumat yoxdur. Biz bu yarışı keçirmək istəyirik. Ümid edirik ki, istisna hal kimi yarışın keçirilməsinə icazə verilsin.

2016-cı ildən bugünədək orta hesabla hər il beş beynəlxalq yarış Bakıda keçirilir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq yarış üçün pandemiya ilə bağlı protokol qaydalarını tərtib etmişik. Təbii ki, bizə Operativ qərargah tərəfindən icazə verilsə, bütün bu qaydalar üzrə yarışı keçirəcəyik.

Yanvarın sonunadək bu yarışın keçirilməsinə tam aydınlıq gələcək”.

Qeyd edək ki, 12-14 mart tarixlərində Bakıda keçirilməli olan karate üzrə Premyer Liqa yarışının ləğv olunduğunu açıqlanıb. Daha əvvəl isə hər ilin mayında keçirilən cüdo üzrə Böyük Dəbilqə və paracüdo üzrə Qran Pri yarışlarının Bakıda keçirilməyəcəyi bəlli olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI