Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad rayon Günəşli kənd sakini R.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI