Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Press.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.

Qayda pozuntusuna yol verən 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Oxşar xəbərlər
OTACI