Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaş və Şəki sakinlərindən narkotik götürüldü

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Ə.Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 460 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini R.Nəbiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada çəkisi 475 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Polis Şöbələrində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI