Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq

18 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Press.az-a daxil olan məlumatda deyilir:

"20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır.
20 Yanvar günü səhərdən başlayaraq, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar vətəndaşlarımızı həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejim qaydalarına əməl etməyə çağırırıq.

Diqqətə çatdırırıq ki, virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər".

Oxşar xəbərlər
OTACI