Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna XİN-dən Qara dənizdə batan “Arvin” gəmisi ilə bağlı AÇIQLAMA

17 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” quru yük gəmisində olanlardan 10 nəfəri Ukrayna, digər ikisi isə əcnəbi vətəndaşdır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN-in məlumatında altı nəfərin xilas edildiyi, iki nəfərin cəsədinin tapıldığı, daha dörd nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.

Ukrayna hadisə yerinə konsulluğun əməkdaşlarını göndərib, hazırda araşdırma davam etdirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.

AZƏRTAC

Oxşar xəbərlər
OTACI