Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə Azərbaycanla birgə təlimlərə başlayır

17 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Silahlı Qüvvələrinin ən əhatəli qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi “Qış 2021” təlimində tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, Xüsusi Təyinatlı Komandanlıq heyəti, komandanlar və helikopterlər iştirak edəcək.

Təlim birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınamaq məqsədi daşıyır. Bundan əlavə, qarda və şiddətli soyuqda atəş açmaq, qış şəraitində təlim səviyyəsini yüksəltmək, çöldə yerləşmə, tədarük və istismar işləri, qış şəraitində komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək daxil olmaqla, qoşunların döyüş qabiliyyətini sınamaq təlimin digər məqsədlərindəndir.

Tank birlikləri ilə yanaşı hava hücumu əməliyyatları, hava nəqliyyatı və lojistik dəstək fəaliyyətlərinin həyata keçiriləcəyi təlimlərdə artilleriya batareyaları və minaatan dəstləri də iştirak edəcək.

Oxşar xəbərlər
OTACI