Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko Media.Az-a müsahibəsində Laçın dəhlizi barədə danışıb.

“Birincisi, Azərbaycanın Qarabağ bölgəsində hər hansı qanunsuz erməni silahlı birləşməsi terror qruplaşması kimi qəbul edilməlidir.

İkincisi, Laçın dəhlizi vasitəsilə Ermənistandan hər hansı bir silahlı şəxsin daxil olmaması üçün Rusiya sülhməramlılarının, Rusiya sərhəd xidmətinin səyləri barədə danışıqlar aparmaq lazımdır”.

Korotçenko bildirib ki, bütün erməni silahlı birləşmələri tərkisilah edilməlidir:

“Əgər orada Ermənistan vətəndaşları varsa, onda Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, Rusiya ilə Azərbaycanın gələcək birgə hərəkətləri üçün danışıqlar mövzusudur. Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır. Bu məsələnin həll edilməsinin zəruriliyi göz qabağındadır. Bəlkə də Laçın dəhlizinin işləməsi ilə bağlı yeni işçi qrupu yaratmaq məntiqə uyğundur”.

Oxşar xəbərlər
OTACI