Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan ÇÖKÜR - Avro və dollar bahalaşır, inflyasiya dərinləşir

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan dramının devalvasiyası davam edir.

Press.az xəbər verir ki, bu barədə "Zoxovurd" erməni qəzeti bildirir.

Qeyd edilir ki, son həftə ərzində satışa çıxarılan dolların dəyəri ən az 1,5, avronun dəyəri 2, rus rublunun dəyəri isə 1,27 dram artıb.

“Dünən banklarda ABŞ dollarını minimum 527 dram qiymətinə almaq olardı, avronun dəyəri 648 və daha çox, Rusiya rublunun müəyyən edilmiş minimum məzənnəsi 7,27 idi. Noyabr ayının əvvəlində, müharibə zamanı isə 1 dollar 495 drama alınırdı. Beləliklə, bu müddət ərzində dollar ən azı 32 dram - təxminən 6,47 faiz bahalaşıb”, - qəzet yazır.

İqtisadçılar dolların kəskin bahalaşmasını vətəndaşlar arasında gələcəyə dair gözləntilərin olmaması ilə əlaqələndirir. Çünki insanlar pul ehtiyatlarını dollara çevirir.

Bundan başqa, dramın devalvasiyasını səbəblərdən biri dekabr ayında mağazalarda bir sıra ərzaq məhsullarının qiymətlərində artımdır.

Ölkədə inflyasiya meylləri 2021-ci ildə də davam edir.

///Publika.az

Oxşar xəbərlər
OTACI