Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhərlər və rayonlararası sərnişindaşımaların fəaliyyəti bərpa olunur? - AÇIQLAMA

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.

Bu məsələ əhali arasında müəyyən çaşqınlıq yaradıb.

Bəs əhali yanvarın 25-dən şəhərlər və rayonlararası sərnişindaşımadan istifadə edə biləcək?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.

Xatırladaq ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu gün verilən qərara zidd olmayan hissədə qüvvəsini saxlayır. 

Həmin qərara əsasən, ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.

Oxşar xəbərlər
OTACI