logo
First slide

Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məcburi köçkünlərin erməni işğalından azad edilmiş ərazilərimizə böyük qayıdışının artan, stabil və azalan olmaqla 3 mərhələni əhatə edəcəyi gözlənilir.

Press.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Torpaqlarımız işğal olunan ilk vaxtlardan başlayaraq ölkənin hər yerində məcburi köçkünlərə geniş qucaq açıldığını deyən iqtisadçı bildirib ki, onlar üçün yeni yaşayış məskənləri salındı, təsərrüfatlar yaradıldı. Hətta bəzi məcburi köçkünlər əvvəlkindən də üstün həyat səviyyəsinə sahib oldular. Bəzi ərazilərdə məxsusi onlar üçün iş yerləri yaradıldı, təhsil haqlarından azad edildi, aylıq müavinətlər və s. güzəştlər əldə etdilər:

"Bu gün artıq məlum qələbədən sonra onların böyük əksəriyyəti məcburi köşkün statusundan və bu güzəştlərdən imtina edib, döğma torpaqlara qayıtmağı səbirsizliklə gözləyirlər. Amma qeyd etmək istərdim ki, böyük qayıdış bir-iki ilin işi deyil. Onun işartıları bu ildən başlasa da, hələ uzun illər davam edəcək".

İqtisadçı hesab edir ki, ilk bir-dördüncü illərdə bu qayıdışın həcmi tədricən artacaq. Beş-yeddinci illərdə məcburi köçkünlərin stabil təkrarlanan qayıdış həcmi olacaq. Yeddinci ildən sonra isə qayıdış həcmi azalan xəttə keçəcək.

Ekspertin fikrincə, hökumət bu məsələdə fərqli yanaşma tətbiq etməklə prosesi bir neçə il ləngidə və ya sürətləndirə bilər:

"Amma ortalama zaman müddətinin təxminən bu illərə uyğun olacağı daha realdır. Bütün hallarda isə dəyişməyən bir məsələ olacaq. Bu, məcburi köçkünlərin qayıdış həcmi ilə bağlıdır".

E.Əmirov qeyd edib ki, qayıdış 3 mərhələdən ibarət ola bilər. Bir neçə ili əhatə edən birinci mərhələdə qayıdış sürəti hər il getdikcə artacaq. İkinci mərhələ də bir neçə il davam edəcək və bu mərhələdə hər il demək olar ki, eyni sayda məcburi köçkün ailəsi geri dönüş edəcək. Məhz bu mərhələ böyük qayıdışın 50-55%-ni təşkil edəcək. Bundan sonra isə üçüncü mərhələ başlayacaq. Bu mərhələdə köçkünlərin qayıdış həcmi ildən-ilə azalacaq. Amma bu, əvvəlki mərhələlərlə müqayisədə daha uzun, məsələn 10, hətta 15 ilə qədər davam edə bilər.

Mütəxəssis hesab edir ki, Qarabağ və işgaldan azad edilmiş digər ətraf rayonlarda gələcəkdə ümumi olaraq 1,5-2 milyon arasında insanın yaşama potensialı var.

Oxşar xəbərlər
OTACI
OTACI