Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq”

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış ABŞ Prezidenti Donald Tramp haqqında açıqlamalar verib.

Zərif “Twitter” paylaşımında Trampsız dünyanın daha gözəl olacağını qeyd edib.

O, bildirib ki, Tramp adminstrasiyasının insanlığa verdiyi zərər onun adminstrasiyası daxilindəki radikalların gözündə hələ yetərsizdir.

Zərif ABŞ-ın husiləri Yəməndəki terror təşkilatları siyahısına salmasını tənqid edərək, qərarın bu ölkədə atılan sülh addımlarına ziyan vurduğunu deyib:

“Husilərin terror təşkilatı siyahısına salınması Yəməndəki vəziyyəti daha da pisləşdirəcək. ABŞ Dövlət Katibi Pompeonun hakimiyyətinin son anlarında belə İrana qarşı böhtan və yalanları barışa əhəmiyyət vermədiklərinin göstəricisidir”.

Oxşar xəbərlər
OTACI