Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdən ənənəvi imtahan sessiyası ilə bağlı AÇIQLAMA

15 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. Pandemiyadan sonra, bəlkə, yaz, bəlkə də, daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik".

Press.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, imtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir: "Amma hazırkı pandemiya dövrü bizi təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi”.

Oxşar xəbərlər
OTACI