Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ötən il 26 milyard kVt/saat elektrik enerjisi istehsal olunub

15 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda ötən ay elektrik enerjisinin istehsalı 2 389,3 milyon kVt/st, ixracı 157,6 milyon. kVt/st, idxalı isə 10,7 milyon kVt/st olub.

Bu barədə Press.az-a Energetika Nazirliyindən məlumat verilib.

Ötən ilin yanvar-dekabr aylarında isə ölkədə elektrik enerjisinin istehsalı 25 811,2 milyon kVt/st təşkil edib. O cümlədən İES-lərdə 24 398,2 milyon kVt/st, SES-lərdə 1 069,5 milyon kVt/st, digər mənbələrdə (KES, GES və BMTYZ) isə 343,55 milyon kVt/st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 96,1 milyon kVt/st, Günəş Elektrik Stansiyalarında 46,9 milyon kVt/st, İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 200,6 milyon kVt/st elektrik enerjisi istehsal edilib.

2020-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 033,8 milyon kVt/ts (İES-lərdə 22 142,5 milyon kVt/st, SES-lərdə 891,3 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 milyon kVt/st (İES-lərdə 230,8 milyon kVt/st, SES-lərdə 157,8 milyon kVt/st, Günəş ES-də 41,1 milyon kVt/st), Müstəqil Elektrik Stansiyaları üzrə 2 272,7 milyon kVt/st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 milyon kVt/st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1 147,8 milyon kVt/st, idxalı isə 136,3 milyon kVt/st olub.

Oxşar xəbərlər
OTACI