logo
First slide

Koronavirusun daha iki mutasiyası aşkarlandı

15 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-da Ohayo ştatının alimləri koronavirusun iki yeni mutasiyasını aşkar ediblər.

“RİA Novosti” xəbər verir ki, onlardan biri “Britaniya ştamı”na oxşayır, digəri isə daha yolxucudur.

Universitetdən verilən açıqlamada deyilir ki, mutasiyalardan biri “Britaniya ştamı”na bənzəsə də, böyük ehtimalla ABŞ-da meydana gəlib.

Digər mutasiya isə əvvəllər SARS-Cov-2-də rast gəlinməyən üç genetik mutasiyaya sahibdir.

Tədqiqatçılar bu mutasiyaların peyvəndlərin effektivliyinə təsir edəcəyinə inanmaq üçün hələ hansısa səbəblərinin olmadığını vurğulayıblar.

Bundan əvvəl bir sıra KİV Ağ Evin COVID-19 problemi ilə məşğul olan işçi qrupunun hesabatına istinad edərək, ABŞ-da orijinal versiyadan bir buçaq dəfə daha fəal yayılmış yeni, daha çox yoluxucu bir koronavirus növünün yarana biləcəyini bildirmişdilər. Ancaq ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu məlumatları təkzib etmişdi.

Oxşar xəbərlər
OTACI
OTACI