Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“UEFA-da yer yerindən oynadı” – “Qalatasaray” prezidenti

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qalatasaray”ı təhvil alanda klubun 157 milyon avro borcu və transfer qadağası var idi. Ancaq bunları həll etdik”.

Press.az xəbər verir ki, bunu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz bu gün keçirilən mətbuat konfransında deyib.

“Cim-bom”un baş məşqçisi Fatih Terimlə görüşdükdən sonra media nümayəndələrinin önünə çıxan klub rəhbəri onlara qarşı sosial şəbəkələrdə haqsızlıqlar edildiyini söyləyib: “Bir neçə gündür bəzi qüvvələr böyük xaos yaratmağa çalışırlar. Onları yanlış yönləndirənlər var. Keçmişi bilməyən gələcəyi idarə edə bilməz”.

Cengiz UEFA-nın kluba kəsdiyi transfer qadağası cəzasını ləğv etdirdikləri dönəmdən də bəhs edib: “UEFA-nı ciddi qəbul etmirlər. Halbuki biz o vaxt onlara dörd gün ərzində 67 səhifəlik raport təqdim etdik. Qitə futbol qurumu tarixində ilk dəfə bir klubla ikinci dəfə maliyyə feyr-pley razılaşmasına getdi. UEFA-da yer yerindən oynadı”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI