Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus bilinən zamandan daha əvvəl yayılıb - SÜBUTLAR

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus Braziliyada 2019-cu ilin noyabrından başlayaraq yayılmış ola bilər.

Press.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.

Bildirilib ki, Braziliyanın Espirito Santo əyalətinin sakinlərindən 2019-cu ildə götürülən qan analizi nümunələrində COVID-19 xəstəliyinə xas olan IgG antitelləri aşkarlanıb.

Qan nümunələri Denqe qızdırmasına səbəb olan virus və Çikunqunya virusuna yoluxduğu şübhəsi daşıyan xəstələrə məxsus olub. Onların 7 min 370-dən 210-da IgG antitellərinə rast gəlinib.

Bu nümunələrdən 16-nın 26 fevral 2020-ci ildə Braziliyada rəsmi olaraq təsdiq edilən COVID-19 faktından daha əvvəl - 18 dekabr 2019-cu il tarixində götürüldüyü bildirilib. Halbuki həmin dövrdə Braziliyada koronavirus yayılmağa başlanmamışdı.

Nazirlik bir xəstədə COVID-19 infeksiyasından sonra IgG antitellərinin müəyyən edilə biləcək səviyyəyə çıxmasının 20 günə yaxın zaman tələb etdiyinə, bu səbəbdən yoluxmaların 2019-cu ilin noyabr ayından başladığına diqqət çəkib.

Qeyd edək ki, Braziliyanın Santa Katarina əyalətinin paytaxtı və ölkənin ikinci böyük şəhəri Florianopolisdə 2019-cu ildə toplanan kanalizasiya sularında koronavirusun izlərinə rast gəlinmişdi.

Xatırladaq ki, COVID-19 epidemiyasının Çində 2019-cu ilin dekabr ayının sonunda başlandığı elan edilmiş, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında pandemiya yayıldığını açıqlamışdı.

Oxşar xəbərlər
OTACI