Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

Press.az-ın Report-a istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Afiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər
OTACI